Qalmaqallı tədqiqatçı elm dünyasını ayağa qaldırdı - Piramidaları kimin tikdiyini açıqladı


Britaniyalı tədqiqatçı Qrem Henkok Misirin Giza yaylasındakı Böyük Xeops piramidasının düşünüldüyündən daha qədim olduğunu iddia edib.

Turkustan.az xəbər verir ki, o, bu nəhəng obyektin 4500 il əvvəl Firon Xeopsun dövründə yox, 12500 il əvvəl məhv olmuş bir sivilizasiya tərəfindən tikildiyini deyib.

Henkoka görə, qədim misirlilər bu piramidanın bəzi hissələrini tamamlamış ola bilərlər: “Amma onun təməli və əsas quruluşu daha qədimlərə gedib çıxır. Misirlilər miras aldılar və mövcud olanı bərpa etdilər”.

Henkokun iddialarında əsas məqamlardan biri Böyük Sfinksin üzərindəki aşınma izləridir. Onun sözlərinə görə, bu izlər ancaq minlərlə il davam edən intensiv yağışlar nəticəsində əmələ gələ bilərdi və belə yağışlar Misirdə yalnız Buz dövrünün sonunda, təxminən 12500 il əvvəl baş verib.

Tədqiqatçı bunun piramidaların yaşını şübhə altına aldığını iddia edib: “4500 il əvvəl Gizada belə yağışlar yağmayıb”.

Hankok həmçinin iddia edir ki, Xeops və ya digər 100 piramidada heç bir fironun məzarına rast gəlinməyib. O bildirib ki, Xeops piramidası ərəb Xəlifəsi Məmun tərəfindən ilk dəfə açılanda ora tamamilə boş olub:

“İçərisində nə xəzinə, nə də qəbir əşyası vardı. Boş bir tikili idi”.

“Daily Mail” yazır ki, Qrem Henkokun nəzəriyyələri elm dünyasında həyəcan yaratdığı qədər təpkilərə də səbəb olur. Onun tərəfdarları deyirlər ki, tarixşünaslıq yalnız ehkamlarla məhdudlaşmamalıdır. Ekspertlər isə xəbərdarlıq edirlər ki, elmi dəlillərə qarşı çıxan iddialar ictimaiyyəti çaşdıra bilər.

Görünür, tarixin sirləri, xüsusən də Giza piramidaları kimi simvolik strukturlarla bağlı müzakirələr davam edəcək./teleqraf


MANŞET XƏBƏRLƏRİ