Cənubi Afrika Respublikasında (CAR) kərgədanları brakonyerlərdən qorumaq üçün "Riztop" layihəsinə start verilib. Layihə çərçivəsində heyvanların buynuzlarına radioaktiv maddə daxil edilib.
Turkustan.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bu tədbirin kərgədanlar üçün təhlükəsiz olacağı, lakin heyvan buynuzu qaçaqmalçılığını izləməyə kömək edəcəyi qeyd edilir.
Məlumata görə, layihə altıillik sınaqdan sonra işə salınıb.
Bildirilir ki, CAR-da hər il 400-dən çox kərgədan brakonyerlər tərəfindən öldürülür. /bakupost.az/