Polşanın Baş naziri Donald Tusk bildirib ki, Avropa Ukraynanın dağıdılmış şəhərlərinin bərpasında ukraynalılarla birlikdə iştirak edəcək.
Turkustan.az xəbər verir ki, Tusk bu fikirləri Ukraynanın Bərpası üzrə Beynəlxalq Konfransın (Ukraynanın Bərpası Konfransı 2026) açılışında səsləndirib.
O qeyd edib ki, minlərlə siyasətçi, dövlət rəsmisi və iş adamı Ukraynanın müharibədən sonrakı yenidən qurulması üçün bir araya gəlib və bu proses böyük bir beynəlxalq layihəyə çevrilib.
Tusk əlavə edib ki, konfransın Qdansk şəhərində keçirilməsi simvolik məna daşıyır. O xatırladıb ki, İkinci Dünya Müharibəsi zamanı şəhərin tarixi hissəsi demək olar ki, tamamilə dağıdılıb və sonradan bərpa olunub.
Baş nazir vurğulayıb ki, “yenidənqurma möcüzəsi” yalnız insanlar sülhə və bərpaya sadiq olduqda mümkün olur.
Aytən Yaşar/ Turkustan.az