ABŞ Senatı İrana qarşı yerləşdirilmiş Amerika hərbi qüvvələrinin geri çəkilməsini tələb edən qətnaməni rədd edib.
Turkustan.az xəbər verir ki, Donald Trump 23 iyunda qəbul edilən müharibə səlahiyyətləri ilə bağlı qanun layihəsinə reaksiya verdikdən sonra məsələ Konqresdə yenidən müzakirəyə çıxarılıb.
“Washington Post”un məlumatına görə, Demokrat senator Tim Keyn tərəfindən təqdim edilən və Konqresin təsdiqi olmadan İrana qarşı yerləşdirilən ABŞ qüvvələrinin geri çəkilməsini nəzərdə tutan qətnamə 50 “yox” və 47 “bəli” səsi ilə rədd edilib.
Səsvermə zamanı bəzi Respublikaçı senatorlar, o cümlədən Rend Pol İranla bağlı diplomatik prosesləri əsas gətirərək qətnamənin əleyhinə çıxıblar.
Qətnamə ABŞ Konstitusiyasına uyğun olaraq müharibə səlahiyyətlərinin Konqresdə saxlanılmasını və İrana qarşı hərbi əməliyyatların əlavə icazə olmadan həyata keçirilməsinin qarşısının alınmasını hədəfləyirdi.
Aytən Yaşar/ Turkustan.az