Netanyahu məhkəməyə çağırıldı - HƏBS OLUNACAQ?


İsrailin Baş naziri Benyamin Netanyahu Təl-Əviv Dairə Məhkəməsində jurnalistlər Uri Misqav, Ben Kaspit və vəkil Qonen Ben İtsxaka qarşı böhtan iddiası çərçivəsində ifadə verib.

Turkustan.az xəbər verir ki, Netanyahu jurnalistləri sağlamlığı barədə qəsdən yalan məlumat yaymaqda ittiham edib.

O, mədəaltı vəzi xərçəngi olması ilə bağlı iddiaları tamamilə təkzib edərək, bu xəbərlərin onu ölümcül xəstə kimi göstərdiyini bildirib.

Xatırladaq ki, Netanyahu bir müddət əvvəl prostat xərçəngi diaqnozu aldığını və əməliyyatla yanaşı şüa terapiyası keçdiyini açıqlamışdı.

Məhkəmə çərçivəsində ondan aktual tibbi sənədlərini təqdim etməsi də tələb olunub. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ