Rubio: İranla texniki danışıqlar gələn həftə keçiriləcək


ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İranla texniki səviyyəli danışıqlar gələn həftə yenidən keçiriləcək.

Turkustan.az xəbər verir ki, Marco Rubio “Fox News”a verdiyi açıqlamada deyib ki, texniki nümayəndə heyətləri 29 və ya 30 iyunda görüşəcək. Onun sözlərinə görə, görüşün İsveçrədə keçirilməsi ehtimal olunur.

Rubio qeyd edib ki, ABŞ Dövlət Departamenti və Energetika Nazirliyinin rəsmiləri də danışıqlarda iştirak edəcəklər.

O, İranın üzərinə götürdüyü öhdəliklərə əməl etməsinin vacibliyini vurğulayaraq bildirib ki, əks halda ABŞ Prezidenti Donald Trampın sanksiyalar da daxil olmaqla müxtəlif addımlar atmaq imkanı var.

Dövlət katibi həmçinin ABŞ-ın bölgədəki müttəfiqlərinin təhlükəsizliyinə təhdid yaradan heç bir addımı qəbul etməyəcəyini deyib. Hörmüz boğazı ilə bağlı suala cavabında isə beynəlxalq sulardan istifadəyə görə ödəniş tələb edən hər hansı mexanizmə qlobal etiraz olacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ