Yaponiyanın şimal-şərqində, İvate prefekturasının sahillərində 6,9 bal gücündə zəlzələ baş verib.
Turkustan.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, İvate prefekturasının Kuji şəhəri sahillərində baş verən 6,9 bal gücündə zəlzələ 51,7 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələdən sonra heç bir tələfat və ya maddi ziyan qeydə alınmayıb.
Aytən Yaşar/ Turkustan.az