Ukrayna Aİ-dən 3,2 milyard avroluq ilk tranşı aldı


Ukrayna 2026–2027-ci illər üçün nəzərdə tutulan makromaliyyə yardım çərçivəsində Avropa İttifaqından ilk ödənişi alıb.

Turkustan.az xəbər verir ki, bu barədə Baş nazir Yuliya Svırıdenko “Telegram” hesabında açıqlama verib.

O bildirib ki, Ukrayna Avropa İttifaqının Ukraynaya Dəstək Kredit proqramı çərçivəsində 3,2 milyard avro məbləğində ilk tranşı əldə edib və vəsait artıq dövlət büdcəsinə köçürülüb.

Svırıdenkonun sözlərinə görə, ayrılan maliyyə vəsaiti ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və sosial sabitliyin təmin olunmasına yönəldiləcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ