Zəngin olmaq üçün bu qədər pula ehtiyac var


ABŞ-da yaşayan insanlar arasında aparılan bu araşdırmaya görə, zəngin hesab olunmaq üçün ən azı 2,3 milyon dollar sərvətə sahib olmaq lazımdır. Bu göstərici əvvəlki illə müqayisədə aşağı düşüb, keçən il bu hədd 2,5 milyon dollar idi.

Araşdırmaya görə maliyyə baxımından rahat və komfortlu həyat yaşamaq üçün isə amerikalılar təxminən 839 min dollar sərvətin yetərli olduğunu bildirirlər.

Nəsillərə görə zənginlik həddi

Z nəsli (21-27 yaş) - 1,7 milyon dollar

Millennials (28-43 yaş) - 2,1 milyon dollar

X nəsli (44-59 yaş) - 2,1 milyon dollar

Baby-boomers (60-75 yaş) - 2,8 milyon dollar

Maliyyə rahatlığı üçün lazım olan məbləğ

Z nəsli - 329 min dollar

Millennials - 847 min dollar

X nəsli - 783 min dollar

Baby-boomers - 943 min dollar

Amerikalılar üçün “zənginlik” nə deməkdir?

Sorğuda iştirak edənlərə zənginliyin nə olduğunu soruşduqda, cavablar yalnız pul ilə məhdudlaşmadı. Cavab faizlərinə əsasən:

45 faiz - xoşbəxtlik

44 faiz - bank hesabındakı pul miqdarı

37 faiz - fiziki sağlamlıq

32 faiz - psixoloji sağlamlıq

24 faiz - şəxsi münasibətlərin keyfiyyəti

24 faiz - həyat təcrübəsi

20 faiz - şəxsi nailiyyətlər

18 faiz - boş vaxtın olması

17 faiz - maddi əşyalar

Ən optimist qrup Z nəsli oldu. Onların 43 faizi artıq özünü zəngin sayır. Müqayisə üçün, baby-boomers arasında bu rəqəm cəmi 20 faizdir.

Bu nəticələr göstərir ki, amerikalıların zənginlik anlayışı təkcə maddi imkanlarla deyil, eyni zamanda həyat keyfiyyəti, sağlamlıq və şəxsi xoşbəxtliklə də sıx bağlıdır./lent.az


MANŞET XƏBƏRLƏRİ