Dünyaca məşhur “Simpsonlar” cizgi serialında siyasi pronozlara artıq adət etmişik.
Bunlardan birində Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşünə işarə edilir.
Turkustan.az xəbər verir ki, “Simpsonlar”ın buraxılışlarından birində Rusiya Prezidenti Valdimir Putinin danışıqlar üçün Ukraynaya getdiyi bildirilir. Unudulan və ya diqqətdən qaçan kadrlardan birində kamera Şərqi Avropanın üzərində görünür, ekranda isə bu tarix yazılır:
2026-cı ilin avqustu.
Ardınca qatarın Kiyev vağzalında dayandığı, vaqondan xarici görünüşünə görə Putinə bənzəyən bir nəfərin çıxdığı görünür.
Xatırladaq ki, “Simpsonlar” təkcə cizgi serialı deyil, həm də siyasi proqnozlarla tanınır. İndiyə qədər onun bır sıra proqnozları özünü doğruldub.
Məlumat üçün bildirək ki, Mett Qreyninq tərəfindən “Fox” televiziyası üçün yaradılan serialda serial Homer, Marc, Bart, Liza və Meggidən ibarət Simpsonlar ailəsinin həyatından bəhs olunur. Serial uydurma qəsəbə olan Sprinqfilddə cərəyan edir, amerikan mədəniyyətini, cəmiyyətini və televiziyasını parodiya edir.
Simpsonlar ailəsi Qrouninq tərəfindən James L. Brooks ilə əvvəlcə bir dəqiqəlik qısa animasiya olaraq hazırlanıb. Qrouninq yaratdığı ailədəki obrazlara öz ailə fərdlərinin adlarını verib. Öz adının yerinə Bart adını istifadə edib. Qısa animasiyalar ilk dəfə 19 aprel 1987-ci ildə "The Tracey Ullman Show"-da göstərilməyə başlamışdır. Üç sezon keçirdikdən sonra cizgi filmi yarım saata qədər uzadılıb.
Təsadüfi deyildir ki, "Time" jurnalı 1998-ci ildə "Simsonlar" cizgi filmini 20-ci əsrin ən yaxşı cizgi filmi kimi elan etmişdir. Lakin bəzi tənqidçilərin fikrincə, Simpsonlar son illər öz əvvəlki sosial əhəmiyyətini və yumor tərzini itirmək üzrədirlər. Buna baxmayaraq, 27 iyul 2007-ci ildə ABŞ-də ekranlara Simsonların tammetrajlı filmi çıxıb.
Cizgi serialının 25 yanvar 2009-cu ildə ilk dəfə efirə çıxmış "Liza - Dram Kraliçası” seriyasında (20 mövsümün 9-cu seriyası) Liza Simpson keçiriləcək BMT sammitində Azərbaycanı təmsil edib. Serial 2009-cu ildən Ginnesin “Rekordlar Kitabı”nda dünyanın ən uzun müddət davam edən sitkom cizgi serialı olaraq (seriya sayı baxımından) birinciliyini qoruyur.
https://www.tiktok.com/@springfielddream7/video/7530973027450866966
/cebheinfo.az/