Almaniyanın DPA xəbər agentliyi yerli qatarın Riedlingen yaxınlığında relsdən çıxdığını bildirib.
Turkustan.az xəbər verir ki, hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qruplarının göndərildiyi, təhlükəsizlik mənbələri isə qəzada ölən və yaralananların olduğunu bildirib.
Milli mətbuatda yayımlanan hadisə yerindən fotolarda qatarın relsdən çıxdığı, ən azı bir vaqonun yan tərəfdə olduğu və yanğınsöndürənlərin axtarış-xilasetmə işləri apardığı görünür.
Federal Polis Siqmaringendən Ulma gedən qatarda 100-ə yaxın sərnişinin olduğunu açıqlayıb.
Ulm Polis Departamenti verdiyi açıqlamada Riedlingen və Munderkingen arasındakı dəmir yolu xəttinin "qəza səbəbindən" bağlandığını bildirib.
Rayonda əvvəllər də pis hava şəraitinin olduğu bildirilir.
Aytən Yaşar/ Turkustan.az