“Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihənin növbəti tədbiri Astara rayonunda keçirilib - FOTOLAR


D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” layihəsinin birinci mərhələsi çərçivəsində növbəti tədbirini 2025-ci il 23 iyul tarixində Astara rayonu, Şindan otelində təşkil edib.

QHT.az xəbər verir ki, tədbirdə əsasən Astara rayon bələdiyyə nümayəndələri olmaqla ümumilikdə 20 nəfər iştirak etdi. Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəbrayıl Babayev də iştirak edirdi.

Təlimi Cəmiyyətin təlimçiləri Əntiqə Qurbanova və Nabat Qəniyeva apardılar.

Tədbir zamanı iştirakçılara layihənin məqsədi və mövzuları barədə ətraflı məlumat verilib, geniş müzakirələr aparılıb. Qeyd olunub ki, layihə iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə əsas məqsəd bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətlərinin inkişafı, eləcə də onların maliyyə dayanıqlığına dəstək göstərməkdir.

Bildirilib ki, 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qrantlar haqqında” qanuna edilən dəyişiklik Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Bu dəyişiklik bələdiyyələrin maliyyə dayanıqlığını artırmaq məqsədilə onlara qrant almaq imkanını tanıyır.

İştirakçılara "Sosial xidmət haqqında" qanun və onun 26-cı maddəsinə əsasən sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən QHT-lərə verilməsi qaydasını müəyyən edən Fərman haqqında məlumat verilib. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeydiyyat və müraciət formaları barədə iştirakçılar maarifləndirilib.

Tədbir zamanı iştirakçılara layihə təkliflərinin və hesabatların hazırlanması ilə bağlı praktik bilgilər də təqdim olunub. Tədris hissəsinin sonunda iştirakçılar kiçik qruplara bölünərək, sərbəst şəkildə bir ideyanı layihələndirmək və təqdim etmək tapşırığını yerinə yetiriblər. Hər qrupdan bir nümayəndə ideyanı təqdim edib.

Tədbir zamanı xüsusilə Bələdiyyə-əhali və bələdiyyə-sahibkar münasibətləri ilə bağlı mövzular iştirakçılar tərəfindən maraqla qarşılanıb və aktiv şəkildə müzakirə edilib.

Tədbirdə iştirakçılar aşağıdakı məsələlərlə bağlı narahatlıqlarını bildirdilər:

  • Əhalidən əmlak vergisinin toplanmasında çətinliklər;
  • Yerli məhsulların satışında yaranan problemlər.

Tədbirdə iştirakçılar üçün çay və şirniyyat süfrəsi təşkil olunub.

Sonda isə iştirakçılara ev tapşırığı verilib: seçdikləri bir ideyanı layihə təklifi və büdcə formasında hazırlayaraq növbəti – ikinci mərhələdə təqdim etmələri istənilib.

Fotolar


MANŞET XƏBƏRLƏRİ