İran: MAQATE ilə yeni protokol yaradacağıq


İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Tehran MAQATE ilə təminat müqavilələrinə əməl etməyə davam edir, lakin parlamentin qəbul etdiyi və MAQATE ilə əməkdaşlığı dayandıran qanun çərçivəsində yeni əməkdaşlıq protokolu yaradılacaq.

Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehranda keçirdiyi mətbuat konfransında ölkəsinin xarici siyasət gündəmini dəyərləndirib.

İsrailin Qəzzada törətdiyi soyqırımının ən mühüm beynəlxalq və regional məsələ olduğunu bildirən Bekayi: "Sionist rejimin Fələstinin məzlum xalqını bombalayaraq, aclıq və susuzluq silahından istifadə edərək Fələstini şəxsiyyət, millət və torpaq olaraq məhv etmək planını irəli sürərək cinayətlərinin davam etdiyinin şahidi oluruq" dedi.

ABŞ-ın nüvə danışıqlarını bərpa etmək çağırışları ilə bağlı sualı cavablandıran Bekayi: "İranın hazırda ABŞ-la danışıqlar aparmaq planı yoxdur. Biz bu məsələ ilə bağlı qərar qəbul edib, milli maraqlara uyğun gələndə bunu elan edəcəyik" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ