İnsan hansı hallarda adam öldürsə həbs olunmur?


Qətl törətməyin cəzası qanunla məlumdur.

Maraqlıdır, bəs elə hallar varmı ki, insan insanı öldürsə də, həbs olunmur?

Gununsesi.info bu barədə hüquqşünas Rəşad Səfərova sual ünvanlayıb.

O, bu barədə deyib:

“Əgər bir insan özünü, başqasını və ya cəmiyyəti real təhlükədən qorumaq məqsədilə qanuni müdafiə çərçivəsində adam öldürürsə, bu halda o, cinayət məsuliyyətindən azad edilə bilər”.

Hüquqşünas həmçinin bildirib:

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, müəyyən hallarda adam öldürmə cinayət sayılmır. Bu hallar aşağıdakılardır:

Əgər şəxs özünə və ya başqasına qarşı edilmiş hücumu dəf edərkən adam öldürürsə, və bu müdafiə hücumun qarşısını almağa yönəlibsə, bu cinayət sayılmır, zəruri müdafiədir. Elmi, texniki və ya peşəkar fəaliyyət zamanı mühüm ictimai maraqları qorumaq üçün edilən riskli hərəkət nəticəsində insanın ölməsi cinayət hesab olunmur. Dövlət qulluqçusu və ya hərbi şəxs qanuni əmrə tabe olaraq ölümə səbəb olmuşsa, bu da müəyyən hallarda məsuliyyətdən azad edə bilər.

(Əmr açıq-aşkar cinayət xarakterli olmamalıdır.)


MANŞET XƏBƏRLƏRİ