Rusiyada hərbi geyimlilər azərbaycanlıların evlərinə basqın edib?


Rusiyanın Rostov-na-Donu şəhərində hüquq-mühafizə orqanlarının qüvvələrinin azərbaycanlı ailələrin yaşadığı mənzillərə basqın etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya aktrisa Ruhiyyə Yusifova bildirib.

Onun sözlərinə görə, gecə saatlarında bir qrup hərbi geyimli şəxs dayısı Mərdan Əskərovun yaşadığı evə daxil olub:

“Dayımın oğlunu heç bir günahı olmadan döyüblər, şok veriblər. Anasını, onun hamilə xanımını və iki övladını, dayımı tutub aparıblar. Evi dağıdıblar, hər şeyi sındırıblar. Daha sonra dayımın böyük oğlunun evinə giriblər, arvad-uşağı vurublar”.

R.Yusifova əlavə edib ki, polis şöbəsinə aparılan qohumlarının telefonları əllərindən alınıb. Onların əksəriyyəti daha sonra oradan buraxılıb. Lakin dayısını hələ də polis şöbəsində saxlayırlar.


MANŞET XƏBƏRLƏRİ