Papa 12 keşişin ayaqlarını yuyub, öpdü


2025-ci ilin may ayında vəzifəyə seçilən 70 yaşlı amerikalı Papa Leo XIV Vatikanda ilk dəfə Müqəddəs Həftə mərasimlərinə sədrlik edib.

Turkustan.az xəbər verir ki, Papa cümə axşamı günortadan sonra Romadakı Müqəddəs Conun Lateran Bazilikasında Son Şam Yeməyi Kütləsinə rəhbərlik edib.

Ağ kətan xalat geyinmiş Papa Leo xristian ənənəsinə uyğun olaraq, 12 Roma keşişinin ayaqlarını yuyub quruladı və öpdü. Bu ritual İsanın həvarilərinə göstərdiyi təvazökarlığı və xidməti simvolizə edir.

12 illik hakimiyyəti dövründə Papa Fransisk bu ritualı tez-tez həbsxanalarda, qaçqın mərkəzlərində və ya cəmiyyətin marjinal təbəqələri arasında həyata keçirib. Xəstələrin, immiqrantların, məhbusların və hətta keçmiş mafiya üzvlərinin ayaqlarını yumaqla Fransisk "unudulmuşlara hörmət" mesajı göndərib.

2025-ci ilin aprel ayında səhhəti xeyli zəifləmiş və əlil arabasına məhkum olan Fransisk Romadakı həbsxanaya sonuncu dəfə baş çəksə də, ritualı yerinə yetirə bilmədi. Bu səfərdən dörd gün sonra, Pasxadan sonrakı gün Papa Fransisk 88 yaşında vəfat etdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ