Çin Hörmüz boğazı ilə bağlı açıqlama verdi


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq ABŞ və İsrailin hücumlarının Hörmüz boğazında yaranan gərginliyin əsas səbəbi olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, o qeyd edib ki, boğazın açıq və təhlükəsiz qalmasının əsas şərti hərbi əməliyyatların dayandırılmasıdır.

Çin tərəfi vurğulayıb ki, ABŞ və İsrailin İrana qarşı hücumları nəticəsində bölgədə müharibə riski artıb və bu, beynəlxalq ticarət gəmiçiliyinə ciddi təsir göstərib.

Pekində keçirilən mətbuat brifinqində çıxış edən Mao Ninq, ABŞ Prezidenti Donald Trampın “Birliyin vəziyyəti” çıxışında Hörmüz boğazı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Sözçü qeyd edib ki, mövcud vəziyyətin əsas səbəbi regionda artan hərbi fəaliyyətlərdir və əlavə edib: “Hörmüz boğazı yalnız hərbi əməliyyatlar dayandırıldıqda açıq və təhlükəsiz ola bilər”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ