Əfqanıstanla Pakistan arasında döyüşlər yenidən başladı


Əfqanıstan və Pakistan hərbçiləri arasında toqquşmalar yenidən başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə “Sədae Əfqan” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Əfqanıstanla Pakistan arasındakı mübahisəli Dürand sərhəd xətti boyunca dünən axşamdan döyüşlər başlayıb, bu gün də davam edir.

Bildirilib ki, Əfqanıstan qüvvələri Pakistan hərbçilərinin artilleriya atəşinə cavab olaraq sərhəd boyunca Pakistan mövqelərinə hücum edib.

Toqquşmalar nəticəsində azı üç pakistanlı hərbçi öldürülüb və bir neçə sərhəd postu dağıdılıb. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ