ABŞ senatoru: İrana qarşı müharibədə məğlub olduq


ABŞ Demokrat senatoru Kris Merfi ölkəsinin Yaxın Şərqdə İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatları sərt tənqid edərək, “Biz bu müharibəni uduzuruq” deyib.

Turkustan.az xəbər verir ki, senator Merfi bu həftə Ağ Evdə keçirilən “Birliyin vəziyyəti” çıxışında Prezident Donald Trampın İranla bağlı səsləndirdiyi fikirlərə reaksiya verib.

O bildirib ki, Trampın çıxışı “yalnız onun öz zehnində formalaşan reallıqlara əsaslanır” və ABŞ-ın İrana qarşı siyasəti uğursuzdur.

Merfi vurğulayıb ki, ABŞ İranın raket, pilotsuz uçuş aparatları və nüvə proqramını tamamilə məhv etmək gücündə deyil.

Senator əlavə edib: “Əgər İran Hörmüz boğazına tam nəzarəti ələ keçirsə, müharibədən əvvəlkindən daha güclü mövqeyə sahib olacaq. Biz dünyanı qeyri-sabitləşdirən, ölkəmizi səriştəsiz göstərən bir müharibəyə milyardlarla dollar xərcləyirik və amerikalıların həyatını riskə atırıq”.

Merfi mart ayında verdiyi açıqlamada da ABŞ-ın İranla müharibəyə getməsi üçün “inandırıcı arqumentlər” görmədiklərini bildirib və əlavə edib: “İsrail bizə İrana qarşı nə vaxt müharibə aparacağımızı deməməlidir. Bu necə tərəfdaşlıqdır?”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ