Tramp: “Növbəti zərbələr İranda bu ərazilər olacaq"


ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun İranda qalanları məhv etməyə belə başlamadığını iddia edərək, növbəti hədəflərinin körpülər və elektrik stansiyaları olduğunu əlavə edib.

Turkustan.az xəbər verir ki, Tramp sosial media hesabında paylaşım edərək İrana qarşı yeni təhdidlər səsləndirib.

Prezident Tramp bildirib ki, "Dünyanın ən böyük və ən güclü ordusu olan ordumuz İranda qalanları məhv etməyə belə başlamayıb".

Növbəti hədəflərinin körpülər və sonra elektrik stansiyaları olduğunu bildirən Tramp, "Yeni rejim rəhbərliyi nəyin edilməli olduğunu və nəyin tez bir zamanda edilməli olduğunu bilir" şərhini verdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ