Beyləqanda idarəetmədən çıxan "Mercedes" markalı minik maşını rayonun simvolik giriş qapısına çırpılıb.
Turkustan.az xəbər verir ki, nəticədə dörd nəfər yaralanıb.
Hadisə nəticəsində 2001-ci ilə təvəllüdlü, Qazax rayon sakini Abdullayev Həmid İsrail oğlu, 1997-ci il təvəllüdlü, İsmayıllı rayon sakini Quluzadə Rəşad Rauf oğlu, 1997-ci il təvəllüdlü, Yardımlı rayon sakini Rzazadə Ülvi Üzeyir oğlu, 1998-ci il təvəllüdlü, 1998-ci il təvəllüdlü, Beyləqan rayon sakini Mövlamov Sabir Rasım oğlu yaralanaraq Beyləqan rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Onların həyatı təhlükəsinin olmadığı bildirilir.
Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.