Frankfurtda xaos: Etirazçılar silah, geyim və ətir mağazalarını VURUB DAĞITDI


Almaniyanın Frankfurt şəhərində keçirilən kütləvi etiraz aksiyaları zamanı iğtişaşçılar silah mağazasını qarət ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə "Agence France-Presse" (AFP) xəbər agentliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi təcili əməliyyat nəticəsində şübhəli şəxs saxlanılıb və onun üzərindən iki ədəd odlu silah götürülüb. Şəhərdə nəzarətdən çıxan nümayişlər zamanı təkcə silah mağazası deyil, həmçinin idman ayaqqabıları və parfümeriya mağazaları da talana məruz qalıb, biznes obyektlərinə ciddi ziyan dəyib.

Hüquq-mühafizə orqanları şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirib, asayişi bərpa etmək üçün əlavə polis qüvvələri cəlb olunub./Musavat.com


MANŞET XƏBƏRLƏRİ