Ramazan ayında düzgün qidalanma nəticəsində həm oruc tutmaq, həm də sağlam formada arıqlamaq mümkündür.
Turkustan.az gündəlik menyunu düzgün planlamaqla bağlı əsas məsləhətləri təqdim edir:
Sağlam və balanslı menyu: Gün ərzində hər qida qrupundan yetərli miqdarda istifadə etmək, həzm problemlərinin və arıqlama çətinliklərinin qarşısını alır.
Meyvə və tərəvəzlə qidalanmaq: Meyvə, tərəvəz, tam taxıllar, paxlalılar və sağlam yağlar ilə zəngin qidalar arıqlama prosesini dəstəkləyir.
Şəkərli və yağlı qidalardan uzaq durun: Kolbasa, sosis, şirniyyat və qazlı içkilər kimi yüksək kalorili məhsullar arıqlamağı çətinləşdirir.
Sağlam sahur: Omlet, zeytun, qatıq, yulaf və təzə meyvələr metabolizmi tənzimləməyə kömək edir.
Faydalı iftar: Tərəvəzli şorbalar, tam buğda çörəyi, balıq, toyuq və ya az yağlı ət yeməkləri ilə birlikdə salat yemək tövsiyə olunur.
Qeyd: Gün ərzində kifayət qədər su içmək və şəkərli, yağlı qidalardan uzaq durmaq da tövsiyə olunur. /Pravda.az/