Avropa qaz axtarışında – Diqqətlər Azərbaycana yönəlib


Qərb rus qoşunlarının Ukraynaya hərbi müdaxiləsindən sonra Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edir və bu proses hələ də davam edir. Növbəti mərhələdə Rusiya qazından və neftindən imtina qərarı nəzərdə tutulub. Buna qarşı alternativ qapı axtarışları davam edir.

Turkustan.az xəbər verir ki, aprelin 7-də Avropa Parlamenti Rusiyadan neft və təbii qaz tədarükünə dərhal embarqo qoyulması təklifini dəstəkləyib. Bildirilib ki, yeni hazırlanan qətnamə məcburi deyil və bütün iştirakçı ölkələr tərəfindən məcburi icrası üçün Avropa Şurası tərəfindən ratifikasiya zəruridir. Rusiya iqtisadiyyatını öldürməyi hədəf alan Avropa artıq yeni qapılar axtarışındadır.

"Yanacaqdoldurma məntəqəsi ölkəsini" dərhal boğmaq çağırışları xüsusi hərbi əməliyyatın lap əvvəlindən eşidildi, lakin hərəkətə keçmə əmri sayıla biləcək ilk konkret çıxış Avropa Komissiyasının sədriUrsula fon der Leyendən gəldi.Belə ki, Avropa mümkün qədər ən qısa müddətdə Rusiyanın təbii qaz idxalından asılılığını 67 faiz azaltmalıdır.

"Eurostat"ın məlumatına görə, 2021-ci ildə Rusiya qazının Avropaya tədarük həcmi müvafiq olaraq 155 milyard kubmetr təşkil edib və bu rəqəmin tələb olunan 67 faizi 103,8 milyard kubmetrə bərabərdir.

Quru yolu ilə Avropaya o qədər də çox qaz kəməri yoxdur. Əsas ümidlər Avropaya çatdırılma payı 16 faiz olan Norveçə bağlıdır.

Norveçin əsas profil şirkəti olan "Equinor" Avropanı qazla təmin etmək üçün emalıı artırmağa hazır olduğunu, lakin tədarükün 1,5 milyard kubmetr olacağını açıqlayıb.

Bundan sonra alternaniv variant kimi diqqətlər Azərbaycana yönəlib. Bu məqsədlə fevral ayında Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıya gələrək danışıqlar aparıb.

Bildiyimiz kimi, Azərbaycandan Avropaya 16 milyard kubmetr tutumlu "TANAP" qaz kəməri çəkilib. Hazırda bu kanal tam gücü ilə işləmir, cəmi 14 milyard kubmetr qaz vurur. Xanım Simson Azərbaycanla danışıqlardan sonra nəqli iki milyard artırmaq, yəni TANAP-ı layihə gücünə çatdırmaq barədə razılığa gəlib. Daha üç boru Avropaya cənubdan, yəni Əlcəzairdən, ikisi İspaniyaya, biri isə İtaliyaya gedir.

Problem ondadır ki, Avropaya uzanan qaz kəməri Əlcəzairin hazırda ərazi və şelf məsələlərində kritik fikir ayrılıqları olan Mərakeş ərazisindən keçir. Ən yaxın qonşuları arasında yaranan mübahisədə İspaniya Mərakeşin tərəfini tutur, buna cavab olaraq Əlcəzair əvvəlcə öz səfirini geri çağırıb, daha sonra qaz kəmərinin qollarını bağlayıb, yəni Avropaya tədarük dayandırılıb.

Avropa ölkələrinin yeni qaz və neft axtarışı nə ilə nəticələnəcək, hələlik bu barədə fikir bildirmək qeyri-mümkündür. (modern.az)


MANŞET XƏBƏRLƏRİ