Bakıda ət UCUZLAŞDI – Yeni QİYMƏT/FOTO


Son günlər Azərbaycanda dabaq xəstəliyinin yayılması ilə bağlı xəbərlər ictimaiyyətin diqqət mərkəzinə çevrilib.

Bu hadisədən sonra Bakının iri supermarketlərində ət və ət məhsullarının qiymətlərində nəzərəçarpacaq endirimlər müşahidə olunur.

Turkustan.az xəbər verir ki, Bakının iri ticarət mərkəzlərindən olan “Araz” marketlərində də endirim kampaniyası elan olunub.

Marketin ət şöbəsində dana və quzu ətinin qiymətləri əvvəlki dövrlə müqayisədə xeyli ucuzlaşıb.

Hazırda dana ətinin bir kiloqramı 15.49 manatdan, quzu ətinin kiloqramı isə 13.99 manatdan təklif olunur.

Endirimlər müxtəlif növ ət məhsullarını əhatə edir və vitrində “Endirim” lövhələri ilə qeyd olunub.

Market nümayəndələrinin bildirdiyinə görə son vaxtlar ət satışında azalma müşahidə edildiyindən bu məhsullara endirim edilib.







Bizim.Media


MANŞET XƏBƏRLƏRİ