Ramiz Mehdiyev işində SENSASİYA! - 180 nəfər: Talıbov və yaxın adamları...


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində dövlətə xəyanət və hakimiyyətin zorla ələ keçirilməsi ittihamı ilə bağlı istintaq hərəkətləri davam edir.

Turkustan.az xəbər verir ki, Bakupost.az-a daxil olan məlumata görə, artıq 180-dən çox keçmiş vəzifəli şəxs istintaqa cəlb olunub.

“30-dan çox icra başçısı və keçmiş icra başçıları da ifadəyə çağırılıb. Mehdiyev işi üzrə çox sayda millət vəkilinin də ifadəsi alınıb. Vasif Talıbov və ona yaxın bəzi iş adamlarının da adı Mehdiyev işində hallanır”. pizza

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.


MANŞET XƏBƏRLƏRİ