Deputatın qızından ŞOK sözlər: Atası onları hədəf göstərdi – VİDEO


Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirovun qızı olduğunu iddia edən Laləzər Əliyeva sosial şəbəkədə yayımladığı çıxışı ilə gündəm olub.

Laləzər Əliyeva atasının illərlə onunla maraqlanmadığını, hazırda isə ailə içində çətin vəziyyətdə qaldığını bildirib.

Globalinfo.az məsələ ilə bağlı Elman Nəsirovla əlaqə saxlayıb.

O, bununla bağlı şərhi olmadığını deyib:

“Bu, radikal müxalifətin işidir, çünki onların hədəfindəyəm. Radikallarla ömrümün sonunadək mübarizədə olacağam. Onlar o qədər tükənib ki, başqa insanlardan əleyhimə istifadə edirlər. Yazıqsınız!”

Göründüyü kimi, deputat Elman Nəsirov Laləzər Əliyevanın onun qızı olduğunu birmənalı şəkildə inkar etmir. Bu da iddiaların doğru olduğuna dair müəyyən qənaət formalaşdırır.

xxx

Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirovun ilk nikahından olan qızı Laləzər Əliyeva (Nəsirova) sosial şəbəkədə çıxış edərək atasından gileylənib.

Turkustan.az xəbər verir ki, o, 4 yaşı olarkən valideynlərinin ayrıldığını, anası ilə yaşadığını deyib. Bildirib ki, atası Elman Nəsirov heç vaxt onunla maraqlanmayıb, bir dəfə 9 yaşında atasını görmək üçün gedəndə isə analığı, Elman Nəsirovun ikinci həyat yoldaşının tələbi ilə anasının yanına göndərilib.

L.Əliyevanın sözlərinə görə, hazırda ailə qurub, iki azyaşlı övladı var, buna baxmayaraq, içki düşkünü olan qayınatası onu təhqir edir, söyür və evdən də çölə atıb. Xaricdə yaşayan dayısının birotaqlı evinə sığındığını vurğulayan xanım atasının onun telefonlarını bloka atdığını, ondan qaçdığını iddia edib və kömək istəyib.

O, həmçinin xatırladıb ki, heç vaxt atası haqda nəsə deməyib, onun adına və nüfuzuna ziyan gəlməsini istəməyib. Ancaq indi çarəsiz durumdadır./Axar.az

Daha ətraflı videoda:


MANŞET XƏBƏRLƏRİ