Elman Nəsirovun qızı: “Analiz verməyə hazıram” – FOTOLAR


Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Elman Nəsirovla bağlı ciddi iddialar yayılıb. Laləzar Əliyeva (Nəsirova) adlı qadın sosial şəbəkədə çıxış edərək atasının Elman Nəsirov olduğunu bildirib. Onun sözlərinə görə, deputat illərdir qızından imtina edir, ona köməklik göstərmir. Elman Nəsirov isə açıqlamasında iddianı təkzib edib.

Turkustan.az bildirir ki, Elman Nəsirovun ilk evliliyindən dünyaya gəldiyini bildirən Laləzar Əliyeva isə anası ilə deputatın toyundan çəkilən fotoları Teleqraf-a təqdim edib.

Laləzar Əliyeva onu da bildirib ki, atalığın dəqiqləşdirilməsi üçün analiz verməyə də hazırdır:

“Sizə təqdim etdiyim fotolarda ata-anamın toy şəkilləridir. Atamın nənəsi Rüqsarə xanımın da qucağında şəklim var. Dünən yoldaşım gəldi ki, videoları sil, atan səni həbs etdirmək istəyir. Necə onun qızı deyiləm ki, məni tutdurmaq istəyir. Mən analiz verməyə də hazıram”.

toy1e4 e2 e5 e1


MANŞET XƏBƏRLƏRİ