"Sputnik Azərbaycan"ın şef redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Bakıdan gedib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Belousov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, bu ilin iyul ayında “Sputnik Azərbaycan”ın əməkdaşları İqor Kartavıx və Yevgeni Belousov eyni məhkəmənin qərarı ilə 4 aylıq müddətə həbs edilmişdi. Onlara qarşı dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə ittiham irəli sürülmüşdü.
Oktyabr ayında İqor Kartavıx barəsindəki həbs-qətimkan tədbiri də ev dustaqlığı ilə əvəz olunmuşdu. Bir neçə gün sonra o, azadlığa buraxılaraq Moskvaya yola salınıb./modern.az