2025-ci ilin sonuna kimi bəzi ərzaq məhsullarının qiyməti artacaq.
Bu barədə Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli məlumat verib.
İqtisadçı bahalaşması gözlənilən məhsulların siyahısını və səbəblərini açıqlayıb.
“İlk olaraq, qoz və badamın qiyməti artacaq. Çünki həm yerli istehsal azdır, həm də ixrac yönümlüdür. Zeytun və zeytun yağı da bahalaşacaq. Aralıq dənizi bölgəsində məhsuldarlığın azalması dünya qiymətlərini qaldırıb.
Payız məhsulunun azalması və saxlama xərclərinin artması səbəbindən kartof və soğanın qiymətində 10–15% bahalaşma ola bilər” .
Qiyməti daim müzakirəli olan ət də bahalaşacaq?
“Ət və süd məhsulları bahalaşacaq. Çünki yemin bahalaşması və heyvandarlıq xərclərinin artması bu sektorda da qiymətləri yuxarı çəkir.
Dünya bazarında şəkər və buğda qiymətlərində dalğalanma müşahidə olunur. Buna görə də bu məhsulların da qiymətində artım ola bilər”,- deyə Akif Nəsirli qeyd edib.