Erməni kilsəsinin yanından keçəndə qapıya tüpürdü - VİDEO


Qüdsün ermənilər yaşayan məhəlləsində növbəti dəfə insident baş verib. Belə ki, ultra-ortodoks yəhudi icmasını təmsil edən bir nəfər erməni monastırının divarına tüpürüb.

Turkustan.az xəbər verir ki, hadisənin videosu İsraildə yaşayan erməni jurnalist Qeqam Balyan tərəfindən sosial mediada paylaşılıb. Balyan bunu biabırçı hadisə adlandırıb və yəhudinin davranışını xristianlara qarşı nifrət ifadəsi sayıb. O, bu cür hadisələrin müntəzəm olaraq baş verməsindən və günahkarların cəzasız qalmasından təəssüflənib.

Xatırladaq ki, bundan əvvəl oktyabr ayının sonunda da oxşar hadisə baş vermişdi.

Ümumilikdə isə yerli ermənilər son aylarda müqəddəs saydıqları məkanlara qarşı ifrat sağçı qruplar tərəfindən kobud davranış sərgilədiklırini iddia edirlər./publika.az


MANŞET XƏBƏRLƏRİ