Kiyevdə dəhşət: Rusiya dronu binanı dağıtdı, 14 nəfər itkin düşdü


“Ukraynanın Kiyev vilayətində Rusiyanın dron hücumu nəticəsində beşmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb. Hadisədən sonra 14 nəfərlə əlaqə yaratmaq mümkün olmayıb”.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

Onun sözlərinə görə, hücum Kiyev vilayətinin Dımer qəsəbəsində qeydə alınıb. Zərbə nəticəsində yaşayış binasında dağıntı və yanğın baş verib.

Hadisə yerinə cəlb olunan xilasedicilər binadan 9 nəfəri təxliyə edə biliblər. Yanğın lokallaşdırılsa da, dağıntılar altında insanların qalması ehtimalı var.

Zelenski bildirib ki, hazırda 14 nəfərin yeri məlum deyil. Ərazidə axtarış-xilasetmə tədbirləri davam etdirilir, müvafiq xidmətlər hadisə yerində işləyir.

Ukrayna lideri, həmçinin Rusiyanın Zaporojye şəhərinə endirdiyi zərbələr barədə məlumat verib. Onun sözlərinə görə, yaşayış binalarının idarəolunan aviasiya bombaları ilə vurulması nəticəsində bir uşaq yaralanıb.

Qeyd edək ki, Kiyev vilayətindəki hücumla bağlı axtarış-xilasetmə əməliyyatının nəticələri barədə əlavə məlumat gözlənilir. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ