Trampın diplomatik cəhdi fiaskoya uğradı – Məktubu açılmadan geri qaytarıldı


ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla yenidən görüşmək təşəbbüsləri nəticəsiz qalıb.

Turkustan.az xəbər verir ki, Kimə göndərilən məktub hətta açılmadan ABŞ nümayəndəsinin qarşısına atılıb.

Trampın son Asiya səfəri çərçivəsində keçirilməsi planlaşdırılan görüş də Pxenyanın irəli sürdüyü şərtlərə görə baş tutmayıb.

Bildirilib ki, nüvə arsenalını genişləndirməyə davam edən Kim Çen In Vaşinqtondan Şimali Koreyanı rəsmi şəkildə nüvə dövləti kimi tanımasını tələb edir.

Bu şərtin ABŞ və Şimali Koreya arasında mümkün danışıqların qarşısındakı əsas maneələrdən biri olduğu qeyd olunur./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ