BİAM “Milli-mənəvi dəyərlərin çağdaş durumu və məsuliyyətimiz" mövzusunda elmi-nəzəri konfrans keçirilib


21 noyabr 2026-cı il tarixində Bakı şəhərindəki “Xudafərin” sarayında Böyük İdeallar Araşdırma Mərkəzinin (BİAM) təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin çağdaş durumu və məsuliyyətimiz” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.

Konfransa BİAM-ın sədri Zəlimxan Məmmədli sədrlik etmişdir. Tədbir giriş nitqi ilə başlamış, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Konfransda milli-mənəvi dəyərlərin tarixi-fəlsəfi əsasları, müasir Azərbaycan cəmiyyətindəki vəziyyəti, İslamın mənəvi-əxlaqi mahiyyəti, milli folklorumuzda dəyərlər sisteminin yeri, eləcə də onların qorunmasında ziyalıların və vətəndaş cəmiyyətinin məsuliyyəti müzakirə edilmişdir.

Məruzələr dinlənilib

Konfransda aşağıdakı mövzularda məruzələr təqdim olunmuşdur:

• “Milli-mənəvi dəyərlərin fəlsəfi və tarixi kökləri: çağdaş çağırışlar” – Leyla Mustafayeva;

• “Milli folklorumuzda milli-mənəvi dəyərlərin yeri” – filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova;

• “İslamın milli-əxlaqi mahiyyəti və müasir Azərbaycan cəmiyyəti” – ilahiyyatçı Elşad Miri;

• “Milli-mənəvi dəyərlərin qorunmasında ziyalıların və vətəndaş cəmiyyətinin məsuliyyəti” – fizika-riyaziyyat elmləri doktoru, professor Vaqif Nəsir.

Məruzələrdə milli-mənəvi və dini dəyərlərin tarixi kökləri, müasir dövrdə qarşılaşdığı problemlər, mənəvi aşınma, milli kimliyin qorunması, ailə institutunun möhkəmləndirilməsi və gənc nəslin milli-mənəvi tərbiyəsi məsələləri geniş təhlil edilmişdir.

Çıxışlarda vurğulanmışdır ki, milli-mənəvi dəyərlər xalqın tarix boyu formalaşdırdığı, onu yaşadan, birləşdirən və gələcəyə aparan mənəvi, əxlaqi, ictimai və siyasi prinsiplər sistemidir.

Dövlətçilik, vətənçilik, ana dili, milli mədəniyyət, ailə və əxlaq, türk kimliyi, tarixi yaddaş, milli idealizm və milli modernizmin vəhdəti bu sistemin əsas dayaqlarını təşkil edir.

Qeyd olunmuşdur ki, milli-mənəvi dəyərlərin qorunması yalnız keçmişə ehtiram deyil, həm də xalqın bu günü və gələcəyi qarşısında məsuliyyətdir. Bu dəyərlərin ayrı-ayrı komponentlərinin aşınmasına və deformasiyasına laqeyd yanaşmaq olmaz. Problemlərin aradan qaldırılması cəmiyyətin bütün təbəqələrinin, xüsusilə ziyalıların, təhsil müəssisələrinin, ailələrin və vətəndaş cəmiyyəti institutlarının birgə səylərini tələb edir.

Müzakirələr və təkliflər

Məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.

Professor Rzaxan Mahmudov çıxışında mənəvi kamilliyin sağlam cəmiyyətin formalaşmasında aparıcı amil olduğunu vurğulamışdır.

Siyavuş Mustafa, Məti Osmanoğlu, Əliqismət bəy, Şölə xanım Zərgərli, Tural Abbasquliyev və Alşan Həsənov çıxışlarında məruzələri yüksək qiymətləndirmiş, milli-mənəvi dəyərlərin qorunmasında təhsilin, ziyalıların, gənclərin, ailənin və vətəndaş cəmiyyətinin məsuliyyətinə diqqət çəkmiş, konkret təkliflər irəli sürmüşlər.

Müzakirələr zamanı bu istiqamətdə elmi-ictimai tədbirlərin davamlı keçirilməsi, mövzunun ali təhsil müəssisələrində daha geniş müzakirəyə çıxarılması, gənclərin maarifləndirilməsi və milli-mənəvi dəyərlərin müasir elmi düşüncə ilə uzlaşdırılması vacib hesab edilmişdir.

Konfransın qətnaməsi qəbul olunub

Konfransın sonunda iştirakçıların müzakirəsinə təqdim edilən qətnamə layihəsi səsləndirilən təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.

Qətnamədə milli-mənəvi dəyərlərin qorunması və inkişafı, İslamın mənəvi-əxlaqi mahiyyətinin düzgün təbliği, ailə institutunun möhkəmləndirilməsi, gənclərin milli-mənəvi tərbiyəsi, ziyalıların və vətəndaş cəmiyyətinin məsuliyyətinin artırılması, milli birlik və dövlətçilik düşüncəsinin gücləndirilməsi istiqamətində təklif və tövsiyələr öz əksini tapmışdır.

Sənəddə, həmçinin Böyük İdeallar Araşdırma Mərkəzinin qarşısında konkret vəzifələr müəyyən edilmişdir. Bu çərçivədə:

• “Milli-mənəvi dəyərlər məktəbi” adlı maarifləndirici layihənin hazırlanması və həyata keçirilməsi;

• Milli-mənəvi dəyərlər və çağdaş cəmiyyət istiqamətində elmi-ictimai araşdırmaların aparılması;

• Mövzu ilə bağlı məqalələrin, kitabçaların və digər maarifləndirici materialların hazırlanması;

• Müvafiq dövlət qurumları, təhsil müəssisələri, dini təşkilatlar, ziyalı birlikləri və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi;

• Bu istiqamətdə elmi konfransların, dəyirmi masaların və ictimai müzakirələrin davam etdirilməsi nəzərdə tutulmuşdur.

BİAM-ın mövqeyi və əsas mesajı

Konfrans bir daha göstərmişdir ki, milli-mənəvi dəyərlərin qorunması yalnız ayrı-ayrı qurumların və ya ictimai qrupların deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.

Milli kimliyinə sahib çıxan, tarixi yaddaşını qoruyan, mənəvi köklərinə bağlı olan və eyni zamanda müasir elmi düşüncəyə, humanizmə, demokratiyaya və tərəqqiyə açıq cəmiyyət gələcəyini daha inamla qura bilər.

BİAM hesab edir ki, milli-mənəvi dəyərlərin qorunması müasir inkişafla qarşı-qarşıya qoyulmamalıdır. Əksinə, milli idealizmlə milli modernizmin vəhdəti milli tərəqqinin mühüm mənəvi və intellektual dayağına çevrilməlidir.

Konfrans iştirakçıları bütün ziyalıları, alimləri, təhsil və mədəniyyət nümayəndələrini, dini xadimləri, ictimai təşkilatları və vətəndaşları milli-mənəvi dəyərlərin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi naminə birgə fəaliyyətə çağırırlar.

Böyük İdeallar Araşdırma Mərkəzi (BİAM)

Bakı şəhəri, 21 noyabr 2026-cı il

“MİLLİ-MƏNƏVİ VƏ İSLAMİ DƏYƏRLƏRİN ÇAĞDAŞ DURUMU VƏ MƏSULİYYƏTİMİZ” MÖVZUSUNDA KONFRANSIN YEKUN QƏTNAMƏSİ

21 noyabr 2026, Bakı şəhəri

Böyük İdeallar Araşdırma Mərkəzinin (BİAM) təşkilatçılığı ilə keçirilən “Milli-mənəvi dəyərlərin çağdaş durumu və məsuliyyətimiz” mövzusunda elmi-nəzəri konfransın iştirakçıları:

Azərbaycan xalqının zəngin tarixi-mədəni irsini, milli-mənəvi dəyərlərini, əsrlər boyu formalaşmış əxlaqi və humanist ənənələrini nəzərə alaraq;

Milli kimliyin, ana dilinin, ailə institutunun, tarixi yaddaşın, milli adət-ənənələrin və mənəvi irsin qorunmasının xalqın varlığının, dövlətçiliyinin və gələcək inkişafının mühüm şərti olduğunu vurğulayaraq;

İslamın insanı mənəvi kamilliyə, ədalətə, mərhəmətə, vicdanlılığa, elmə, sülhə və qarşılıqlı hörmətə çağıran ali dəyərlərini əsas götürərək;

Müasir dövrdə qloballaşmanın, informasiya texnologiyalarının sürətli inkişafının, mənəvi aşınmanın, ailə münasibətlərində müşahidə olunan problemlərin və gənc nəslin milli kimlikdən uzaqlaşması təhlükəsinin cəmiyyət qarşısında yeni vəzifələr yaratdığını qeyd edərək;

Milli və dini dəyərlərin sağlam ictimai münasibətlərin, vətəndaş həmrəyliyinin, dövlətçilik düşüncəsinin və insan ləyaqətinin qorunmasındakı mühüm rolunu qəbul edərək;

İslamın mənəvi-əxlaqi mahiyyətinin təhrif olunmasına, dini fanatizmə, radikalizmə, ayrı-seçkiliyə və dini dəyərlərdən sui-istifadəyə qarşı sağlam maarifçilik mövqeyinin vacibliyini bildirərək;

Azərbaycan Respublikasının Konstitusiyasını, insan hüquq və azadlıqlarını, vicdan azadlığını, dini etiqad və dünyagörüşü müxtəlifliyinə hörmət prinsiplərini əsas götürərək, aşağıdakı təklif və tövsiyələri irəli sürürlər:

I. Milli-mənəvi dəyərlərin qorunması və inkişafı

1. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi ümummilli vəzifə kimi qəbul edilsin.

2. Ana dilimizin, milli ədəbiyyatımızın, folklorumuzun, musiqimizin, tarixi yaddaşımızın, adət-ənənələrimizin və mədəni irsimizin qorunması istiqamətində maarifləndirici fəaliyyətlər genişləndirilsin.

3. Milli-mənəvi dəyərlərin yalnız keçmişin mirası deyil, müasir cəmiyyətin inkişafına xidmət edən canlı mənəvi sistem olduğu ictimaiyyətə çatdırılsın.

4. Milli dəyərlərin qorunması adı altında insan ləyaqətinə, hüquq və azadlıqlarına zidd davranışların təşviq edilməsinə yol verilməsin. Dəyərlərin qorunması və inkişafı humanizm, ədalət və sağlam düşüncə prinsipləri əsasında həyata keçirilsin.

II. İslamın mənəvi-əxlaqi mahiyyətinin təbliği

5. İslamın sülh, mərhəmət, ədalət, elm, vicdan, dürüstlük, ailəyə hörmət və insan məsuliyyəti kimi ali dəyərlərinin cəmiyyətə düzgün çatdırılması istiqamətində sistemli maarifçilik işi aparılsın.

6. İslamın çağdaş dövrdə qarşılaşdığı problemlərin elmi, fəlsəfi, dini və ictimai aspektlərdən araşdırılması təşviq edilsin.

7. Dini savadsızlığın, xurafatın, radikal düşüncənin və dini manipulyasiyanın qarşısının alınması üçün sağlam dini maarifçiliyə, elmi düşüncəyə və tənqidi təfəkkürə üstünlük verilsin.

8. İslamın mənəvi dəyərlərinin müasir həyat, elm, təhsil, hüquq, ailə və ictimai münasibətlərlə uzlaşdırılması istiqamətində tədqiqatlar və müzakirələr təşkil edilsin.

9. Dinlərarası və məzhəblərarası qarşılıqlı hörmətin, dialoqun və həmrəyliyin möhkəmləndirilməsi təşviq olunsun.

III. Ailə, gənclik və milli-mənəvi tərbiyə

10. Ailə institutunun qorunması, ailədə qarşılıqlı hörmətin, sevgi, sədaqət, məsuliyyət və mənəvi bağlılığın gücləndirilməsi cəmiyyətin prioritet vəzifələrindən biri hesab edilsin.

11. Gənc nəslin milli kimlik, vətənpərvərlik, dövlətçilik düşüncəsi, mənəvi məsuliyyət və humanist dəyərlər ruhunda yetişdirilməsi üçün təhsil və ictimai maarifçilik proqramları genişləndirilsin.

12. Gənclərin milli-mənəvi dəyərləri müasir elmi biliklər, texnologiyalar və dünyəvi inkişaf prinsipləri ilə birlikdə mənimsəməsinə şərait yaradılsın.

13. Ailə, məktəb, ali təhsil müəssisələri, dini qurumlar, ziyalılar və vətəndaş cəmiyyəti institutları arasında milli-mənəvi tərbiyə sahəsində əməkdaşlıq gücləndirilsin.

IV. Ziyalıların və vətəndaş cəmiyyətinin məsuliyyəti

14. Ziyalıların, alimlərin, yazıçıların, din xadimlərinin, pedaqoqların, jurnalistlərin və ictimai təşkilatların milli-mənəvi dəyərlərin qorunması və inkişafında məsuliyyəti artırılsın.

15. Milli-mənəvi dəyərlər mövzusunda elmi konfransların, dəyirmi masaların, ictimai müzakirələrin, seminarların və maarifləndirici tədbirlərin keçirilməsi davamlı xarakter alsın.

16. İctimaiyyətə təqdim edilən dini və mənəvi məzmunlu məlumatların elmi əsaslı, obyektiv, etik və məsuliyyətli olmasına diqqət yetirilsin.

17. Kütləvi informasiya vasitələrində və rəqəmsal platformalarda milli-mənəvi dəyərlərin təbliğinə, sağlam ictimai düşüncənin formalaşdırılmasına xidmət edən layihələr dəstəklənsin.

V. Dövlətçilik, milli birlik və ictimai həmrəylik

18. Milli-mənəvi dəyərlərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, milli birliyin qorunmasına və cəmiyyətin mənəvi bütövlüyünə xidmət etməsi əsas istiqamət kimi qəbul edilsin.

19. Azərbaycan xalqının milli kimliyinin, tarixi yaddaşının və mənəvi irsinin qorunması ilə yanaşı, türk dünyasının ortaq tarixi-mədəni dəyərlərinin öyrənilməsi və təbliği təşviq edilsin.

20. Milli-mənəvi dəyərlərin təbliği ictimai həmrəyliyin, qarşılıqlı etimadın, vətəndaş məsuliyyətinin və hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsinə yönəldilsin.

VI. Konfrans iştirakçılarının BİAM-a tövsiyyələri

21. Böyük İdeallar Araşdırma Mərkəzi (BİAM) tərəfindən “Milli-mənəvi dəyərlər və çağdaş cəmiyyət” istiqamətində elmi-ictimai araşdırmalar aparılması və müvafiq konseptual sənədlər hazırlanması;

22. “Milli-mənəvi dəyərlər məktəbi” adlı maarifləndirici layihə hazırlanması və həyata keçirilməsi;

23. Milli-mənəvi dəyərlər, İslamın əxlaqi mahiyyəti, ailə, milli kimlik və gənclərin tərbiyəsi mövzularında nəşrlər, məqalələr, kitabçalar və rəqəmsal materiallar hazırlanması;

24. Konfransın nəticələri əsasında müvafiq dövlət qurumlarına, təhsil müəssisələrinə, dini təşkilatlara, ziyalı birliklərinə və vətəndaş cəmiyyəti institutlarına tövsiyələr təqdim edilməsi;

25. Milli-mənəvi dəyərlərin qorunması və inkişafı mövzusunda növbəti elmi-ictimai konfransların və müzakirələrin keçirilməsinin təşviq edilməsi və təmin olunması istioqamətində çalışmalar tövsiyyə edilsin.

YEKUN MÜDDƏALAR

Konfrans iştirakçıları hesab edirlər ki, milli-mənəvi dəyərlərin qorunması yalnız keçmişə ehtiram deyil, həm də gələcək qarşısında məsuliyyətdir.

Milli kimliyini qoruyan, mənəvi köklərinə bağlı olan, elmi düşüncəyə və humanist prinsiplərə söykənən cəmiyyət öz inkişaf yolunu daha inamla müəyyən edə bilər.

İslamın ali əxlaqi dəyərlərinin, Azərbaycan xalqının milli-mənəvi irsinin və çağdaş demokratik düşüncənin qarşılıqlı uzlaşdırılması sağlam, məsuliyyətli və mənəvi cəhətdən zəngin cəmiyyətin formalaşmasına xidmət etməlidir.

Konfrans iştirakçıları bütün ziyalıları, elm və təhsil nümayəndələrini, dini xadimləri, ictimai təşkilatları və vətəndaşları milli-mənəvi dəyərlərin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsi naminə birgə fəaliyyətə çağırırlar.

Konfransın sədri:

Zəlimxan Məmmədli

Böyük İdeallar Araşdırma Mərkəzinin (BİAM) sədri

Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər

Bir skripka, arfa, fleyta, platforma və mətn şəkili ola bilər

Bir platforma və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs, platforma və mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər

Bir platforma və mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Bir platforma və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs şəkili ola bilər

Bir platforma və mətn şəkili ola bilər

Bir platforma və mətn şəkili ola bilər

Bir platforma və mətn şəkili ola bilər

Bir platforma və mətn şəkili ola bilər

Bir platforma və mətn şəkili ola bilər

Bir platforma və mətn şəkili ola bilər

Bir fleyta, skripka, qarmon, platforma və mətn şəkili ola bilər

Bir platforma və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər

Bir bir və ya daha çox şəxs, xəbər otağı və mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər

Bir platforma və mətn şəkili ola bilər

Bir mətn şəkili ola bilər


MANŞET XƏBƏRLƏRİ