Pezeşkian: "Azərbaycan, Türkiyə və Pakistanla birgə layihələri düşünürük"


İran prezidenti Pezeşkian ilk mətbuat konfransında bir sıra bəyanatlar verib.

Turkustan.az onlardan bir neçəsini təqdim edir.

“- Çin ilə tərəfdaşlığımız strateji xarakter daşıyır. Mən Çinlə 25 illik müqavilənin həyata keçirilməsinə sadiqəm”;

- Mən tezliklə Türkiyəyə səfər edəcəyəm. Türkiyə bizim dostumuz və qardaşımızdır”;

“Biz nüvə silahı əldə etməyə çalışmırıq. ABŞ və Avropa bizi raket proqramlarını dayandırmaqla hədələyir. İran heç vaxt münaqişəni qızışdırmaq istəməyib, lakin İsrail İranın paytaxtında HƏMAS siyasi bürosunun rəhbəri Həniyəni öldürməklə Tehranı müharibəyə sürükləməyə çalışıb;

- İran Azərbaycan, Pakistan və Türkiyə ilə birgə layihələrin həyata keçirilməsi imkanlarını nəzərdən keçirir”.


MANŞET XƏBƏRLƏRİ