Qarabağdan sülhməramlılar çıxdı, cəbhədə atəşkəs yenidən pozuldu – SƏBƏB+AÇIQLAMA


İyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub.

Sülh sazişinin imzlanacağı ərəfədə mövqelərimizin atəşə tutulmasının səbəbləri nədir?

Mövzu ilə bağlı siyasi şərhçi Əziz Əlibəyli Turkustan.az-ın suallarını cavablandırıb.

Əziz Əlibəyliyə vəzifə verildi

Ə.Əlibəyli bildirib ki, “Ermənistanda daxili vəziyyət çox gərginləşib. Paşinyanın KTMT ilə bağlı verdiyi açıqlama ilə cəbhədə atəşkəsin pozulmasının eyni gündə baş verməsi təsadüf deyil. Qaradağı sonuncu rus əsgərləri də tərk edib getdi. Həmin gün KTMT-lə bağlı Paşinyanın açıqlaması oldu. Buna paralel, Ermənistanın sonuncu müxalifəti, keşiş Baqratla bağlı prosesləri daha da gərginləşdi. Onlar Rusiya amilini ciddi şəkildə arxalarına alaraq, dəstəyinə güvənərək dünənki proseslərə start verdilər. Artıq İndi toqquşmalar oldu, yaralananlar var və dövlət çevrilişinə cəhd edənlər var”.

Ə.Əlibəyli əlavə olaraq bildirib ki, “çox gərgin proseslər gedir və ənənəvi qaydada Ermənistanda daxili vəziyyət gərginləşəndə prosesləri sərhədə daşımaq təcrübəsi var. Ermənistanın dövlətçilik tarixində Azərbaycanla müharibə kontekstində heç vaxt daxili qarşıdurma olmayıb. Nə vaxt ki, Azərbaycanla müharibədə məğlub oldular, bu arqument onların əlindən çıxdı. Başladılar özləri ilə savaşmağa. İndi zaman-zaman onu gündəmə gətirirlər ki, daxili vəziyyət çox gərgindir hadisələri Azərbaycanla sərhəddə daşısınlar. Başlasınlar qarşıdurmalarla və mitinqlərlə istiqamətini dəyişsinlər”.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ