Küləkli hava şəraiti davam edir, Naxçıvana dolu düşdü - FAKTİKİ HAVA


Mayın 25-i saat 18:00-a olan məlumata əsasən öncədən verilən narıncı və sarı xəbərdarlığa uyğun olaraq hazırda ölkə ərazisində güclü küləkli hava şəraiti davam edir.

Turkustan.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Naxçıvanda saat 16:10-16:15 radələrində diametri 1 mm olan dolu düşüb.

Müşahidə olunan küləkli hava şəraiti mayın 26-sı səhərədək davam edəcək.


MANŞET XƏBƏRLƏRİ