Bakıda sotu 1 milyon manata satılan torpaq sahələri - VİDEO


Bakıda 1 sotu 400-500 min, hətta 1 milyon manata satılan torpaq sahələri var.

Turkustan.az-ın məlumatına görə, belə torpaq sahələri elan saytlarında satışa çıxarılıb.

Mövzu ilə bağlı "Xəzər TV"yə danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib ki, sözügedən torpaq sahələrinin baha olmasının əsas səbəblərindən biri sənədlərinin qaydasında olması və mərkəzə yaxın yerləşməsidir.

Ekspert bildirib ki, fantastik qiymətə təklif olunan bu torpaq sahələrinə maraq çox yüksəkdir.

Qeyd edək ki, Bakıda ən bahalı torpaq sahələri Səbail və Nərimanov rayonlarındadır.


MANŞET XƏBƏRLƏRİ