Xüsusi təyinatlı "Qoca qurd"


XTQ-nin qurucusu General-leytenant Hikmət Mirzəyev onu XTQ-nin onurğa sütunu adlandırır..

Təcrübəsinə gõrə "Qoca qurd" ləqəbi alır...

Hər getdiyi kəşfiyyat əməliyyatından erməni qulağí ilə qayídır...

Öz toyunda õzúnə şəhidlik arzulayır...

2015-ci ildə Kəlbəcərdə təkbaşına 4-ü zabit olmaqla, 20 dən çox düşmən hərbçisini, ağır atilleriya və bir neçə hərbi texnikasını məhv edir..

Xocalı soyqırımı zamanı azərbaycanlıları öldürən erməni hərbçi general rütbəsi almağa gedərkən onu izləyir və əlverişli məqamda məhv edir...

Erməni hərbçilər tərəfindən pusquya salınsa da, 21 gün 2 erməni taboru ilə ac-susuz döyüşüb, pusqudan sağ çıxaraq düşməni şoka salır...

Onun şəhidlik xəbəri general-leytenant Hikmət Mirzəyevi dərinden sarsıdır və ağladır..

Ermənilərin başına külli miqdarda pul qoyduğu, ölkə daxilində və xaricində iştirak etdiyi kurs və təlimlərdə hər zaman yüksək göstəricilər əldə edən, xidməti müddətində göstərdiyi saysız hesabsız igidlik, şücaət və cəngavərliyi ilə (bir çox faktlar hərbi sirr olduğu üçün hələ də gizli qalır) Milli Qəhrəman adını hələ sağlığında qazanan, 2016-cı ilin Aprel ayında baş tutan döyüş əməliyyatında Talış yüksəkliyinin alınmasında və Talışda doyüş yoldaşları ilə birgə düşmənin xeyli sayda canlī qúvvəsinin məhv edilməsində xüsusi igidlik və rəşadət göstərərək şəhidlik mərtəbəsinə yüksələn XTQ giziri, əfsanəvi kəşfiyyatçı, Aprel döyüşlərinin qəhrəmanı, Pəncəli Teymurov!

Qəhrəmanımız xidməti müddətində dəfələrlə komandanlıq tərəfindən mükafatlandırılır, təşəkkürnamələr və medallara layiq gõrülür. Bununla yanaşı, igidimiz "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" medalları, "Qüsursuz xidmətə görə" 3 -cü və 2-ci-ci dərəcəli medallarla, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla, "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

General-leytenant Hikmət Mirzəyev şəhidimizin məzarını və ev muzeyini ziyarət edərək xatirə dəftərinə bu sözləri yazır: "Dəyərli dostum və silahdaşım! Özümə söz vermişdim, Şuşada bayrağı sancıb, səni ziyarət edim. Allah onu mənə nəsib etdi. İndi də söz verirəm ki, Xocalıda bayrağı sancıb uşaqlarımla birgə səni ziyarət edəcəm. Hikmət Mirzəyev".

Məkanín cənnət, ruhun şad olsun igidim, qardaşların arzunu gerçəkləşdirdi. Azərbaycanín Zəfər tarixini qəhrəman Komandanın oz əsgərləri ilə yazdí.

Mən də inanıram ki, bizim də səndən ötrü arzumuz gerçəkləşəcək. Haqqın olan Azərbaycanın Milli Qəhrəmanı adını tezliklə alacaqsan...

Hələlik isə bizə sənin qəhrəmanlıq dastanını unutmamaq, unutdurmamaq dúşər ruhuna qurban!

Qəlbimizdə, kõnlúmüzdəsən hər zaman!

Õpürəm əziz ruhunu!

Sevinc Bəhmənli

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ