Görüş Qazax-İcevan sərhədində BAŞ TUTACAQ


Azərbaycan və Ermənistan Baş nazir müavinlərinin görüşəcəyi yer məlum olub.

Turkustan.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, noyabrın 30-da keçiriləcək görüşün sərhədin hansı hissəsində baş tutacağı açıqlanıb.

Belə ki, sözügedən görüş İcevan və Qazax bölməsində keçiriləcək.

Görüşdə Mher Qriqoryan və Şahin Mustafayevin təmsil olunması ilə dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqlar aparılacaq.

Qeyd edək ki, Azərbaycan tərəfi vasitəçi olmadan birbaşa görüşün keçirilməsini təklif etmişdi. Ermənistan tərəfinin bu təklifi qəbul etməsindən sonra görüşün vaxtı - 30 noyabr tarixi açıqlanmışdı. (modern.az)


MANŞET XƏBƏRLƏRİ