Xəbər verdiyimiz kimi, “Sea Breeze”də ötən gün “Sea Breeze Arena”nın təməlqoyma mərasimi keçirilib.
Turkustan.az xəbər verir ki, tədbirdə "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da iştirak edib.
Mərasim zamanı Emin Ağalarovun Qurban Qurbanova xüsusi münasibəti diqqət çəkib.
Belə ki, tədbir iştirakçıları birgə foto çəkdirərkən, Emin Ağalarov Qurban Qurbanova tərəf qaçaraq, onun yanında dayanıb.