Trampın Kuba ilə bağlı açıqlaması: Gərginlik artmayacaq


ABŞ prezidenti Donald Trump Kubadakı vəziyyətin “çox pis” olduğunu bildirib və ada ölkəsinin xalqının ABŞ-dan kömək istədiyini iddia edib.

Turkustan.az xəbər verir ki, Tramp Konnektikut ştatında keçirilən məzun mərasimindən sonra Vaşinqtona qayıdarkən hava limanında jurnalistlərin suallarını cavablandırıb.

O, Kubadakı iqtisadi və siyasi vəziyyəti ağır qiymətləndirərək bildirib ki, ərzaq və elektrik çatışmazlığı ciddi problemlər yaradıb. Tramp Kuba xalqını “gözəl insanlar” adlandıraraq, ABŞ-ın onlara yardım edəcəyini vurğulayıb.

ABŞ prezidenti çıxışı zamanı belə deyib:

“Biz Kubanı azad edəcəyik.”

Tramp əlavə edib ki, Vaşinqtonun Kuba ilə bağlı kifayət qədər təcrübəsi var və Kuba xalqının uzun illərdir dəyişiklik gözlədiyini düşünür.

O, həmçinin vəziyyətin daha da gərginləşməsini istəmədiklərini bildirərək qeyd edib:

“Gərginlik artmayacaq, buna ehtiyac yoxdur.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ