"İranla razılaş" - Trampın müşavirləri ona təzyiq edir - İDDİA


İsrail mediası iddia edir ki, ABŞ prezidenti Trampın yaxın müşavirləri və bəzi Körfəz ölkələri Trampa İranla razılaşma əldə etmək üçün təzyiq göstərirlər.

Turkustan.az xəbər verir ki, lakin Təl-Əvivdə üstünlük təşkil edən fikir budur ki, Tramp İrana qarşı başqa bir hücumu nəzərdən keçirməyə yaxındır.

ABŞ prezidenti Donald Trampın İranla razılığa gəlməsi üçün yaxın müşavirləri tərəfindən təzyiq altında olduğu iddia edilir.

İsrailin 13-cü Kanal televiziyasının verdiyi məlumata görə, ABŞ və İran arasında razılığa gəlmək üçün diplomatik səylərə baxmayaraq, Təl-Əvivdə Trampın hücumları yenidən başlamağa meylli olduğu barədə üstünlük təşkil edən fikir var.

Hesabatda iddia edilirdi ki, İranla bağlı tələsik addım atmadığını açıqlayan ABŞ prezidenti Trampa bəzi Körfəz ölkələri və onun yaxın işçi qrupu tərəfindən Tehran rejimi ilə razılığa gəlmək üçün təzyiq göstərilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ