İran mediası İranın ABŞ-ın göndərdiyi təklifə cavab verdiyini bildirib.
Turkustan.az xəbər verir ki, İran mediası ABŞ-ın Pakistan vasitəsilə göndərdiyi yeni təklif mətninə İranın cavab verdiyini bildirib.
İranın 14 maddəlik təklifindən sonra ABŞ da Pakistan vasitəsilə İrana yeni bir təklif göndərib. İran mətbuatında yer alan xəbərlərə görə, Tehran cavabını ABŞ-a göndərib.
İran mediası dünən gecə mətnin nəzərdən keçirildiyini, lakin ABŞ-a hələlik heç bir cavab verilmədiyini bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi də dünən gecə ABŞ təklifinin mətnini araşdırmağa davam etdiklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az