Bakıda eşidilən dron səsləri ilə bağlı açıqlama - VİDEO


"Bu gecə Bakı səmasında müşahidə olunan PUA-lar Azərbaycana aiddir. Uçuşlar paytaxtın hava məkanına nəzarət və təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyır. Daha əvvəllər də buna bənzər uçuşlar həyata keçirilib".

Turkustan.az xəbər verir ki, bu sözləri "Unikal"a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert ötən gecə Bakı səmasında əhali arasında təşvişə səbəb olan dron səsləri ilə bağlı danışarkən bildirib ki, dron uçuşu əhali arasında narahatlıq yaratmamalıdır: "Yəqin ki, bundan sonra da bir müddət bu kimi uşuşları müşahidə edəcəyik. Odur ki, əhalimiz bu məsələdə narahatlıq keçirməməlidir. Hava məkanımızın qorunmasına ciddi diqqət yetirilir".

Qeyd edək ki, ötən gecə Bakı səmasında dron səsinə bənzər səslər eşidilib. Bu da sakinlər arasında ajeotaja və narahatlığa səbəb olub.


MANŞET XƏBƏRLƏRİ