İranın Naxçıvana dron hücumu Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4 və 270-1.3-cü maddələri ilə araşdırılacaq.
Turkustan.az xəbər verir ki, bu barədə Baş Prokurorluğu mətbuat xidmətindən məlumat verilib.
Martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücumun həyata keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq) və 270-1.3-cü (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.