“19 oktyabr 2020-ci ildə müharibəni dayandırmaq üçün 5 rayonu (yəqin ki, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam, Laçın nəzərdə tutulur – red.) yerində təslim etmək təklifi var idi. Bundan sonra təklifə Şuşanın da verilməsi əlavə edildi”.
Turkustan.az xəbər verir ki, bu fikirləri Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
“Baş nazir Nikol Paşinyan isə cavabında belə dedi: “Başa düşürsənmi bu, çox ciddi məsələdir və hər şeyi vermək deməkdir?”
Söhbət burada bitdi. Belə təkliflər bir neçə dəfə gəldi, əvvəlcə razılaşdıq, amma bir saat sonra yenidən çox sayda oxşar hallar baş verdi. Nəticənin necə olduğu isə hər kəsə məlumdur”, – Simonyan qeyd edib./Globalinfo.az