16 noyabr tarixindən etibarən Zap bölgəsində münaqişə riski yaradan terrorçular müxtəlif ərazilərə çəkilib.
Turkustan.az xəbər verir ki, bu barədə PKK bəyanat yayıb.
Bildirilib ki, Türkiyə sərhədləri daxilindəki silahlı elementlər may ayında keçirilən konqresdə qəbul edilən qərarlara uyğun olaraq, Abdullah Öcalanın rəhbərliyi altında Şimali İraqa çəkilib.
Bəyanatda bu addımın kürd məsələsinin həllinə və Türkiyənin dinc demokratikləşməsinə töhfə verəcəyi qeyd olunub./publika.az