ABŞ Rusiyanın tərəfdaşlarına qarşı sanksiyalar haqqında qanun layihəsini dəstəkləyib.
Turkustan.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, Rusiya ilə işgüzar münasibətlər quran ölkələr üçün 500%-ə qədər idxal rüsumları nəzərdə tutulub:
“İran da yeni məhdudiyyətlərə məruz qalacaq ölkələrin siyahısına əlavə edilməlidir. Respublikaçılar artıq Rusiya ilə iş aparan istənilən bir ölkəyə qarşı çox sərt sanksiyalar və s. nəzərdə tutan qanun layihəsini təqdim ediblər. Bu məni qane edir. Bildiyiniz kimi, mən bunu təklif etmişdim”./axar.az