“Rusiyanın Avropa İttifaqına (Aİ) hücum edə biləcəyi ilə bağlı iddialar gülüncdür”.
Turkustan.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“Çünki biz onlardan qat-qat güclüyük. Avropa İttifaqında 400 milyondan çox, Rusiyada isə təxminən 140 milyon insan var”, – o bildirib.
Orban qeyd edib ki, Aİ-nin 27 ölkəsinin hərbi imkanları Rusiyadan xeyli yüksəkdir./Globalinfo.az